KOLUMBİYADA ETİRAZLAR

548 NƏFƏR İTKİN DÜŞÜB

La FM radiostansiyasının yaydığı məlumata görə Kolumbiyada etirazlar şiddətli şəkil almışdır. Təxminən 550 insanın itkin düşdüyü ehtimal olunur.

Bu barədə insan hüquqları üzrə səlahiyyətli orqanın məlumatlarında göstərilir.

İnformasiyaya əsasən, 28 apreldən 7 maya qədər 548 insan itkin düşüb. Etiraz aksiyalarının və qarışıqlıqların gedişatında ölənlərin sayı 26 nəfərə çatıb.

Ümumiyyətlə, Kolumbiyada aprelin 28-dən vergi islahatına qarşı nümayişlər keçirilir. Boqotada, Kalidə, Medelinada və başqa şəhərlərdə qarışıqlıqlar olub. Toqquşmalar zamanı 1 000-dən çox insan zərər çəkib. Bundan sonra hökumət islahat planlarına dəyişikliklər etməyə razılaşıb, ölkənin maliyyə naziri Alberto Karraskilya istefa verib, ancaq etirazlar davam edir.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.