İkiyə bölünmüş xalqlar belə mahnıları zamanında yaradırlar. Biz ötən əsrin 80-ci illərinin sonlarında azadlıq uğrunda mücadiləyə qalxanda hərbçilərin hər iki sahildə hədələrinə baxmayaraq Araz sahilinə cəmən toplaşdıq, bir-birimizi salamladıq, illər boyu üzünü görmədiklərimizi, səsini eşitmədiklərimizi adbaad çağırdıq.
Buna inanmayanlara tarixi dərs verdik ki, inamını itirməyən milləti sərhəd telləri yalnız bir müddət ayıra bilər. Birinci mərhələ arxada qalıb. Bütün dünya xalqları kimi azəraycanlıları da sərhədsiz günlər gözləyir.
Şərhlər bağlıdır.