QƏRB V.PUTİNİN “DİŞLƏRİNİ ÇIXARARIQ” HƏDƏSİNƏ CİDDİ YANAŞIR

Rusiya prezidenti Vladimir Putinin “Qələbə” təşkilat komitəsinin iclasında səsləndirdiyi bizdən bir şey qoparmaq” istəyən hər kəsin “dişlərini qırarıq hədəsi Qərbdə ciddi və təşvişlə qarşılanıb. Bu fikir demək olar dünyanın bir çox media orqanlarında yer alıb.

Azerbaycan-ruznamesi.org amerikalıların və ingilislərin Putinin çıxışı ilə bağlı yaydığı xəbərlərdə açıq şərhlər də təqdim edirlər.

Texaslı Koy Yanq xəbərdarlığı: “Putin zarafat ediləcək adam deyil. O, əksər dünya liderlərindən daha aqressivdir və hərbi güc tətbiq etməzdən əvvəl tərəddüd etməyəcək, axı DTK məktəbidir!”

Daha təmkinli amerikalı Skott Moşan hesab edir ki, Putin dediyini edən insandır.

Dumanlı Albion sakini bildirir: “30 ildir milli səhiyyə xidmətində aparılan islahatlar nəticəsində dişlərimiz itirmişik. Rus stomatologiyası Sibirdə daha yaxşıdır, çünki güzəşt sahibləri və qanunsuz miqrantlar üçün deyil, hamı üçündür”.

Ohayo sakini zarafat edir: “Baydenin dişlərini çıxarmaq lazım deyil, o özü protezini çıxaracaq”. Onu ABŞ-ın başqa bir sakini də dəstəkləyir ki, tezliklə Baydenin dişləri öz-özünə töküləcək.

Daha bir neçə sitat: “Vladın dediklərini ciddi qəbul edərdim. Ağ Evdəki mövcud qondarma solçu rəhbərliyini nəzərə alsaq, ümumiyyətlə belə bir vəziyyətə hazır deyilik”.

“Hər şey kristal kimi aydındır. Rusiya bizim prezidentimizin zəif qoca olduğunu bilir”.

“ABŞ-ın bir vaxtlar ordusu var idi, amma indi əsgərlər hamiləlik paltarını seçirlər və ya öz cinslərinin nə olmasına qərar verirlər. Biz öz təməlimizə qayıtsaq, yenə dünyanın ən yaxşı ordularından birinə sahib olacağıq”.

Şərhlər bağlıdır.