28 MAY – AZƏRBAYCANDA RESPUBLİKA GÜNÜDÜR

AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN TƏBRİKİ

Azərbaycan Demokrat Firqəsi 28 May Respublika Günü münasibəti ilə bütün Azərbaycan xalqına təbriklərini yetirir.

ADF hesab edir ki, 103 il əvvəl Şərqdə yaranan ilk demokratik respublika olan Azəbaycan Xalq Cümhuriyyəti xalqımızın tarıxındə şanlı və unudulmaz hadisədir. 70 il sonra isə dövlət müstəqilliyimizin bərpasını, bu respublikanın dünyəvi uğurlara imza atmasını onun iradəsinin, qəhrəmanlığının və mübarizliyinin məntiqi nəticəsi saymaq mümkündür.

Firqə bu bayramın müstəqil respublikanın öz ərazisini erməni işğalçılarından azad etdiyi, Qarabağımızın əvvəlkindən də gözəl simasının bərpasına yönələn möhtəşəm planların həyata keçirliməsinə başlanmasını onun iradə və cəsarətinin davamı sayır.

Azərbaycan Demokrat Firqəsi bütün Azərbaycan xalqına, müstəqil dövlətin rəhbəri, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə səmimi təbriklərini çatdırır, yeni-yeni uğurlar diləyir.

Azərbaycan Demokrat Firqəsi

Şərhlər bağlıdır.