ALMANİYA ÜZR İSTƏDİ VƏ TƏZMİNAT VERƏCƏK

BƏS ERMƏNİSTANI BUNA VADAR EDƏN TAPILACAQMI?

Almaniya hökuməti sələflərinin 1904-1908-ci illərində Namibiya xalqına qarşı törətdiyi soyqırımları etiraf edib. Yəni belə desək, 113 ildən sonra cəsarət taparaq bəşəri cinayətini etiraf edib.

Azerbaycan-ruznamesi.org Almaniyanın xarici işlər naziri Hayko Maasanın mediaya verdiyi açıqlamaya əsasən bu xəbəri yayımlayıb. Nazir Berlinin Afrikada etdiyi cinayətkar hərəkətlərə görə, 1 milyard dollar həcmində maliyyə yardımı ayıracaqlarını bildirib:

“İndi biz rəsmən bu hadisəni indiki nöqteyi-nəzərdən olduğu kimi soyqırım adlandıracağıq. Almaniyanın tarixi və mənəvi məsuliyyəti fonunda Namibiyada baş verənlərə görə üzr istəyirik”.

Bu faktdan göründüyü kimi digər xalqlara qarşı bəşəri cinayətlər törədən ölkələr geci-tezi bunu ya könüllü boynuna alır, ya da bunu etməyə məcbur olurlar. Buradan da belə nəticə çıxartmaq olar ki, ermənilər də Azərbaycan xalqına qarşı Vətənin həm Güneyində, həm də Quzeyində törətdikləri bütün soyqırımların həm maddi, həm də mənəvi bədəlini ödəyəcəklər.

Aynurə

Şərhlər bağlıdır.