İRAN BORCUNU ÖDƏDİ, SƏSVERMƏ HAQQINI GERİ ALDI

İran BMT-yə olan borcunu ödəyərək, səsvermə haqqını təkrar geri alıb.

Bu barədə xarici ölkələrin kütləvi informasiya vasitələri infrmasiya yayıb. Həmin KİV-lər İranın BMT-dəki daimi nümayəndəsi Məcid Taxt Ravançiyə istinad ediblər.

Nümayəndə İranın həmin borcları ABŞ-ın qanunsuz sanksiyaları üzündən  BMT-yə vaxtında ödəyə bilmədiyini deyib.

Qeyd olunub ki, 65 milyon dollardan çox borcu olan İran minimum ödənişini – 16 milyon dolları BMT-nin hesabına yatırıb.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.