NAMİZƏDLƏR DƏ İ.RƏİSİNİN QƏLƏBƏSİNƏ XİDMƏT ETDİLƏR 

Iranda 13-cü prezident seçkiləri başa çatdı. Hakim dairələr əvvəldən məlum idi ki, İbrahim Rəisinin prezidentliyinin təmin olunması üçün heç nəyi əsirgəməyəcəklər. Bu proses namizədlərin qeydiyyata alınmasından başlandı seçkiyə bir gün qalmışa qədər davam etdi. Iddialıların sayı 4-ə endi. Onlar isə heç biir fəallıq göstərmədilər.

Iranın hökümətə bağlı KİV-lərinin bu prosesin necə canfəşanlıqla iştirakçısı olduqlarını “Səhər-azəri”dən götürdüyümüz iki material əyani təstiqləyir.

Azerbaycan-ruznamesi.org

“Kimin kifayət qədər səs topladığı məlumdur. Təbrik edirəm!”

İran İslam Respublikasının hökumət başçısı 18 iyun seçkilərində xalqın seçdiyi şəxsi təbrik edib.

SəhərAzəri-nin məlumatına əsasən, Həsən Ruhani 13-cü çağırış prezident seçkilərinin möhtəşəm keçirilməsinə münasibət bildirərək deyib: “Qanunvericiliyi nəzərə alaraq rəsmi təbrik mesajını təxirə salsam da, hansı namizədin kifayət qədər səs toplayaraq seçildiyi artıq məlumdur.”

Xalqın seçkilərdə xüsusi fəallıq nümayiş etdirdiyini deyən hökumət başçısı qeyd edib ki, İranın şərafətli və müdrik xalqı bu həssas tarixi dönəmdə İslam Respublikası ilə düşmənçilik edən qüvvələrin sözünə baxmadı və şövqlü bir gün yaşayaraq seçkilərdə abırlı çıxış etdi.

İbrahim Rəisinin bütün rəqibləri onu təbrik ediblər 

İranda dünən keçirilən prezident seçkilərinin nəticələri rəsmən açıqlanmasa da İbrahim Rəisinin bütün rəqibləri öncədən onu təbrik ediblər.

SəhərAzəri xəbər verir ki, İslahatçılar cinahına mənsub olan Əbdünnasir Himməti, prezidentliyə iddialı Möhsün Rzayi və Əmirhüseyn Qazizadə Haşimi rəqibi İbrahim Rəisini təbrik ediblər.

Qeyd edək ki, İranın Seçki Qərargahı hələ nəticələri və aktivliyin faizini rəsmən açıqlamayıb.

Şərhlər bağlıdır.