BİR QƏDDARI DİGƏRİ ƏVƏZLƏDİ

İRAN KƏŞFİYYATININ KEÇMİŞ RƏİSİ ALİ MƏHKƏMƏNİN SƏDRİ TƏYİN OLUNUB

İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei höccətülislam Qulamhüseyn Möhsün Ejeini ali məhkəmənin sədri təyin edib.

Məlumatı “Mehr” agentliyi yayıb.

Əvvəllər bu vəzifəni İbrahim Rəisi tutub. O, iyunun 18-də keçirilən seçkidə prezident olub.

İran konstitusiyasına əsasən, 5 il müddətinə təyin olunur. Ancaq ali rəhbər onun səlahiyyət müddətini uzada bilər. Konstitusiyaya görə, ali rəhbər ali məhkəmənin sədrini bu vəzifəyə təyin və lazım gələrsə azad edir.

P.S: Beləliklə bir qəddarı digəri əvəzləyib. Həbslər, dar ağacları, edamlar… sıralanacaq.

Kiçik şərh

Müxalif ziyalıların mürtəd (dindən dönmə) olması haqqında fətva verərək qətllərini leqallaşdıran ayətullah Qulamhüseyn Möhsüni Ejeyi İran məhkəmə sisteminin sədri oldu.

Ümid

Şərhlər bağlıdır.