ŞƏRQŞÜNAS ALİM Ə.ÇİNGİZOĞLUNUN YENİ KİTABI ÇIXIB

QACARLAR DÖVRÜNÜN BAŞ NAZİRLƏRİ

Tanınmış jurnalist, Avrasiya Yazıçılar və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Ənvər Çingizoğlu Qacarlar dövrünə aid yüzlərlə elmi yazının, mətbu materialın müəllifidir.  Bu günlərdə o, daha bir töhfəsi ilə oxucuların görüşünə gəlib.Yeni kitab “Qacarlar dövrünün baş nazirləri” adlanır. Kitabda Qacarlar dövrünün baş nazirlərinin həyat və fəaliyyətindən bəhs olunur.

Zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqının tarixində dərindən öyrəniləməyə ehtiyac duyulan məsələlərdən biri də Qacarlar dövrünün baş nazirlərinin həyat və fəaliyyətidir. Ənvər Çingizoğlunun maraqla qarşılanan sanballı tarixi-ensiklopedik tədqiqat işində Qacarlar dövlətini idarə edənlərin indiyə qədər Azərbaycanın əksər oxucularına məlum olmayan fəaliyyətinə toxunulub.

Ə. Çingizoğlunun “Qacarlar dövrünün baş nazirləri” kitabı ali məktəb müəllimləri, tələbələri, pedaqoji sahə mütəxəssisləri və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

A.Qafarova

Şərhlər bağlıdır.