TÜRK TARİXİ

Türk tarixi ən ümüdsüz zamanlarda gərçəkləşmiş böyük zəfərlərlə doludur. Bu zəfərlərdən ilki “Baideng Müharibəsidir”. Müharibə ilk türk imperatoru Oğuz Xaqan (Metexan) ilə Çin imperatoru Liu-pang-Gao-zu arasında, Şansi əyalətinin Datong şəhərinin Baideng qalası yaxınlığında, e.ə 200 ildə baş vermişdir. Oğuz Xaqan əmrindəki 40.000 nəfərlik ordusu ilə Əjdaha ləqəbli Çin imperatorunun 320.000 nəfərlik ordusunu darmadağın etmişdir.

Tarixdə ilk dəfə məhz bu müharibədə Oğuz Xaqan tərəfindən “Saxta Geri Çəkilmə Taktikası” və “Hilal Taktikası” həyata keçirilmişdir. Hər iki taktika əsrlər boyunca türk orduları tərəfindən icra edilmiş və icra olunduğu bütün döyüşlərdə qələbə ilə nəticələnmişdir. Baideng müharibəsində iki dəfə meydan savaşı yaşanmış və hər iki savaş qəti türk zəfəri ilə başa çatmışdır. Çarəsiz qalan Çin imperatoru Oğuz Xaqanın bütün şərtlərini qəbul etmiş və sülh müqaviləsi imzalamağa məcbur qalmışdır.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.