ƏHALİ İLƏ POLİSLƏR ARASINDA TOQQUŞMA

SU ÜSYANI HƏLL OLUNMUR

Güney Azərbaycanında hökumət bir çox problemləri həll etməyə söz verdiyi halda su məsələsində illərdir verdiyi vədləri yerinə yetirə bilmir. Miyana şəhəri Bulukan kəndinin əhalisi ilə hökumət məmurları arasında toqquşma baş verib.

İnsidentə səbəb kəndlilərin onlara məxsus su paylarının hökumət tərəfindən qarşısının alınması olub.

Quraqlıq və yağıntıların az olduğu bir şəraitdə, içməli suyun təmini və əkin sahələrinin suvarılmasında çətinlik çəkən kəndlilər onlara məxsus su payının verilməməsindən narazılıqlarını bildiriblər.

Kəndə xüsusi polis qüvvələri yeridilib. Onlar güc tətbiq edərək əhalini bölgədən uzaqlaşdırmağa çalışıblar.

Əkinçi

Şərhlər bağlıdır.