TERROR TƏŞKILATLARI ABŞ-IN DİQQƏT MƏRKƏZİNDƏDİR

ABŞ-ın Milli Müdafiə Təsdiq Qanunu terrorçu təıkilatları da diqqətdən yayındırmayıb. Konqresinin Nümayəndələr Palatası onların da mənafeyini nəzərə alıb.

Terror təıkilatları 2022-ci ildə kifayət qədər vəsait alacaqlar.

Müzakirələr zamanı ABŞ-ın Əfqanıstandan çıxması ilə birlikdə qanunda bu ölkəyə yönəlik terrorla mübarizə və təhlükəsizlik durumuna dair Pentaqon və Dövlət Departamentindən hesabat istənilib. Eyni zamanda Əfqanıstandan çıxarılan zaman bu ölkədə qalan ləvazimat, silah və avtomobillər mövzusunda geniş informasiya təqdim edilməsi lazım bilinib.

Nümayəndələr Palatası eyni zamanda İranın Çinlə əlaqələri, İraqdakı fəaliyyəti, hərbi qabiliyyəti və dəstəklədiyi terror qruplarına dair hesabat da tələb edib.

Konqres Çinin Tayvan başda olmaqla Sakit okean bölgəsindəki ölkələrin fəaliyyətinə dair, eləcədə Çinin latın Amerikası və Karib dənizi ətrafındakı fəaliyyətinin də hesabata salınmasını istəyib.

Türkiyəyə qarşı düşmən mövqedə duran YPG/PKK üçün olduğu Suriyadakı qruplara 177 milyon dollarlıq yardım nəzərdə tutulan qanunda İraq və Suriyada İŞİD-lə mübarizədə təlimlər və dəstək üçün tələb olunan 522 milyon dollar ayrılıb. Bunun 345 milyon dolları İraq üçün, 177 milyon dolları isə PKK-nın Suriya uzantısı – YPG terror təşkilatının da daxil olduğu Suriyadakı proqramlara ayrılır.

İraqa verilən dəstək qanununun 2015-ci ildə qəbul olunan müdafiə büdcəsi ilə əlaqəli qanuna əlavə edilməsi diqqətdən qaçmayıb. Qanunda Pentaqon və Dövlət Departamentinə İraqla bağlı əhatəli bir strategiya və buradakı təlimlərlə bağlı detallı plan təqdim etmədən, İraq mərkəzi hökuməti və Kürd Muxtar Bölgəsindəki hakimiyyəti ilə təhlükəsizlik sektorundakı reformalarla bağlı razılaşma əldə etmədən və İŞİD-in mövcud durumu, qabiliyyəti mövzusunda hesabat təqdim etmədən İraqa ayrılan vəsaitin 50 faizindən artığının verilməməsi istənilib.

Bu qanunun reallaşması üçün Senatın da öz versiyasını qəbul edib Konqresin iki qanadının layihəsini Konfrans Komitəsində bir qanun layihəsi halına gətirməli olduğu ABŞ prezidentinin imzasına təqdim etməsi lazım gəlir.

Qeyd edək ki, Pentaqonun büdcə ilə bağlı qanun layihəsində müəyyən tələblər var.

Yeni tip COVİD-19 pandemiyası mövzusunda federal hökumətin fəaliyyətinə dəstək verilməsi ilə yanaşı büdcə tələbində ən diqqət çəkən mövzulardan biri də “Yaxınlaşan bir təhdid olaraq Çinə qarşı hərbi yatırımın” həyata keçirilməsidir.

Çin ilə mübarizə çərçviəsində büdcədən Sakit okean fonduna 5,1 milyard dollar tələb olunur.

Rusiya, Şimali Koreya və İran kimi texnoloji təhdidlərə yol aça biləcək ölkələrə qarşı mübarizənin təmin edilməsi, qlobal iqlim dəyişikliyi ilə mübarizə və müdafiə qabiliyyətinin moderinzasiyası vurğu edilir.

Bayden dönəmində müdafiə büdcəsinə edilən ən əhəmiyyətli dəyişiklik isə Barak Obama zamanı müharibə fondu kimi tanınan – Şərti Əməliyyatlar Fondunun baza büdcəsinə daxil edilməsidir. Daha əvvəlki illərdə 60 milyarddan çox büdcənin ayrıldığı müharibə fondunun təməl büdcəyə daxil edilməsi bu fondu keçici olmaqdan çıxarır.

Büdcədə diqqət çəkən digər bir maddə, İŞİD ilə mübarizə çərçivəsində İraq və Suriyada başladılan təlim-təchizat proqramıdır. Pentaqon bu proqram üçün cəmi 522 milyon dollar istəmişdi ki, bunun da 345 milyon dolları İraq Təhlükəsizlik Qüvvələrinə, 177 milyon dolları isə YPG/PKK terror təşkilatına verilməlidir. Bundan əlavə, Suriya və qonşu ölkələrin sərhəd təhlükəsizliyinə dəstək adı altında 370 milyon dollarlıq bir büdcə ayrılır. Bunun 150 milyon dolları İordaniyaya, 220 milyon dolları isə digər ölkələrə veriləcək.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.