İRANIN ALİ RƏHBƏRİNİN AZƏRBAYCANDAKI NÜMAYƏNDƏSİNİN OFİSİ BAĞLANDI

BAKIDAKI "HÜSEYNİYYƏ" MƏSCİDİ BAĞLANIB

Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Bakıdakı “Hüseyniyyə” məscidinin bağlandığını deyib.

O bildirib ki, paytaxtın bir neçə yerində son günlər COVID-19 virusuna yoluxanların sayı artıb:

“Bu gün günorta saatlarında polis əməkdaşları və digər mütəxəssislərin iştirakı ilə ofisin yerləşdiyi “Hüseyniyyə” məscidinə baxış keçirilib və ibadət yerinin fəaliyyəti dayandırılıb. Hazırda orada epidemioloji xidmət tərəfindən müvafiq tədbirlər görülür”.

Qeyd edək ki, İran İslam Respublikasının ali rəhbəri ayətullah Seyyid Əli Xameneinin Azərbaycandakı nümayəndəsi Ocaq Necatın ofisi “Hüseyniyyə” məscidində yerləşir. 

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.