GEC OLDU, GÜC OLDU

MƏHƏMMƏD PEYĞƏMBƏRİN KARİKATURASINI ÇƏKƏN MÜHAFİZƏÇİLƏRİ İLƏ MAŞINDA YANDI

Məhəmməd peyğəmbərin karikaturlarının müəllifi İsveçli Lars Vilks ölkənin cənubunda Krunoberq əyalətinin Markarud kəndi yaxınlığında yol qəzasında ölüb.

BBC-nin verdiyi məlumata görə, Azerbaycan-ruznamesi.org xəbər verir ki, qəza nəticəsində onun mühafizəçiləri olan iki polis əməkdaşı da həlak olub. Vilksin və mühafizəçilərin olduğu maşın yük avtomobili ilə toqquşub. Zərbənin gücündən hər iki avtomobil yanıb. Yük maşınının sürücüsü ağır yaralanıb. Qəzanın necə baş verdiyi barədə hələlik məlumat yoxdur.

Xatırladaq ki, müəllifin peyğəmbərlə bağlı çəkdiyi karikaturalar 2007-ci ilin noyabr ayında İsveçin “Nerikes Allehanda” qəzetində dərc olunub. Nəşr dünyanın bir çox ölkələrində müsəlmanların qəzəbinə səbəb olub. O, ölümlə təhdid edildiyi üçün polisin himayəsində yaşayırdı.

Atalar misalı var, belə deyirlər ki, gec oldu, güc oldu. Karikaturaçı kimin qəzəbinə gəldi, bunu bir allah bilir.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.