GÜCÜMÜZ BİRLİYİMİZDƏDİR

Panfars Tehran rejimi Güney Azərbaycanda apardığı asimilasyon cinayətini ört-basdır etmək üçün,  “Güney”-“Quzey” qarşıdurması yaratmaq və Güney Azərbaycan insanlarını aldadıb Azərbaycan Respublikasına qarşı xaincəsinə önə verərək apardığı media muharibəsində uydurma ittihamlar ortaya atmaqdadır!

Xamneyi rejimi satqın və manqurtlaşmış və birinci Qarabağ muharibəsində guya ordumuza köməklik məqsədi ilə Azərbaycana gəlmiş , əslində isə Azərbaycan hərbi hissələrinin kordinatlarını yaxından öyrənib və əldə etdiklərini Tehrana ordan da Ermənistana ötürən casus M.Həqiqətpur kimilər son zamanlar olduqca harınlamış halda anti Azərbaycan təbliğatlar aparmaqdadırlar!

Gorus-Qafan yolunda Azərbaycan Respublikası öz qanuni nəzarətini tətbiq etdikdən sonra, “Azadlıq” radiosunun erməni birosu tərəfindən olduqca hiləli planlaşdırılmış formada həmin yolda gözləməkdə olan yüzlərlə “İran” sürücülərinin arasında sadəcə Azərbaycan Türkcəsində danışan sürücülərdən ibarət olan müsahibəni yaymışdır!

Bundan öncədə, həmin “Azadlıq” radiosunun erməni birosunun başqa müxbiri- Əsli Gəncə ermənilərindən olan- İrəvanda “İran” turistlərinin arasından bir neçə dənə manqurtlaşmış “Güney Azərbaycanlı”lardan və onlardan müsahibə alıb və yenə məqsədli və hiyləgərcəsinə efirə vermişdir!

Həmin bu kimi hiyləgər və anti Azərbaycan təbliğatlar “iran” rejimi tərəfindən özəlliklə son həftələrdə “səhyonizm” uydurmaları və nağılları ilə bir sıra sadə və Tehran rejiminin mənfurcasına ortaya atdığı oyunların nə kimi hədəflərə qulluq etdiyini bilmədən, rejimin oyuncusuna çevriliblər!!

Azərbaycan Respublikasının media qurluşları və bu haqda məsuliyyət daşıyan gec olmadan bu oyunu fakt və soyuq qanlılıqla ifşa etməli və ardıcıl olaraq silsilə video çarxlar və yayımlarla Güney Azərbaycanda gedən asimilasyon cinayətləri və Tehran rejiminin Qarabağ muharıbəsində işğalçı Ermənistana verdiyi dəstəkləri bir arada nümayiş etdirən video çarxlar hazırlamaq olduqca vacib məsələdir!

Bu haqda vahid bir mərkəzdən ardıcıl idarə etmək mütləq vacib və önəmlidir!

Vətənimiz Azərbaycanı seviriksə, sözdə yox əməldə rejiminin bu oyunlarına gərəkli cavabı verməliyik!!

İran Şüubi) rejimi heç vaxt Azərbaycanın milli hegemonluq haqlarını qəbul etməyib, sayqı göstərməyib və bundan bu yana da göstərməyəcək!

Güneyli-Qüzeyli Azərbaycanımız birlikdə və əl-ələ çiyin-çiyinə düşmənə layiqli dərs verməyə mütləq qadirdir! Və bu qorxudur ki Tehran məcbur olub ikinci dəfə əlində olan gücü Araz çayı boyunca numayiş etdirsin. Bu teatr numayişlərin əsas amacı içəridə Güney Azərbaycan insanlarını öz azadlıq və hüquqlarını tələb etmək istəklərindən yayındıraraq,  xəyali “səhyonizm”  və İsrail  “təhlükəsi” var deyə uyduraraq-milləti öz tərəfinə çəkmək məqsədi güdür!

Rasist Tehran rejiminin bu son oyunu onu məzarlıq edəcək!

YAŞASIN GÜNEYLİ QÜZEYLİ CAN AZƏRBAYCAN!

Məsud Ələmdari Müzəffər

Şərhlər bağlıdır.