VALİNİ SİLLƏLƏYƏN HƏRBÇİ HƏLƏLİK AZADLIQDADIR

Oktyabrın 23-də Azərbaycanın Güney Şərq əyalətinin valisini sillələyən hərbçi azadlığa buraxılıb. SEPAH komandiri Əyyub Əlizadə bu hadisədən sonra müvəqqəti olaraq azadlıqdadır. Polkovinik bunun üçün 300 milyon tümən girov ödəməli olub.

İran İnsan Haqları Təşkilatı bildirib ki, “Polkovnik Əyyub Əlizadənin işinə hərbi məhkəmədə baxılır. Onun azadlığa çıxması üçün 300 milyon tümənlik girov qoyulmasına baxmayaraq sərbəst buraxılmır. Ona işgəncə edir və hücumun şəxsi zəmində baş verdiyi ilə bağlı etiraf almaq istəyirlər”.

Qeyd edək ki, yeni vali Zeynəlabdin Rəzəvi Xurrəmi döyən Əyyub (Cəfər) Əlizadə də SEPAH komandiridir.

Polkovnik Əyyub Əlizadə yayınladığı yazılı açıqlamada etdiyi əməldən peşman olmadığını bildirib, valini munafiq, sistemə qarşı gedən xain adlandırıb.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.