BMT + QƏTLƏ YETİRİLƏN İKİ ƏMƏKDAŞI

BƏRABƏRDİR KONQODA 51 NƏFƏRƏ ÖLÜM HÖKMÜ

Konqo Demokratik Respublikasında (KDR) hərbi tribunalı 2017-ci ildə BMT-nin iki əməkdaşının qətlində təqsirli bilinən 51 nəfəri ölüm cəzasına məhkum edib.

Bu barədə “Agence France-Presse” məlumat yayıb. Bir nəfər 10 il müddətinə azadlıqdan məhrum edilib. İki nəfərə isə bəraət verilib.

Götürülmüş ölçü daha çox qərəz və hiddət motivinin çərçivədən çıxdığını görsədir.

Eyni zamanda, agentliyin qeyd etdiyi kimi, 2003-cü ildən KDR-də ölüm cəzasına moratorium qüvvədədir. Bu hökm adətən ömürlük həbslə əvəzlənir.

BMT-nin ABŞ və İsveç vətəndaşları olan iki əməkdaşı 2017-ci ilin martında Konqonun Kasai əyalətində itkin düşüb. Onlar bölgədə silahlı toqquşmalarda həlak olan insanların kütləvi məzarlıq yerlərini araşdırıblar. Ekspertlərin meyitləri iki həftə sonra tapılıb. Rəsmi versiyaya görə, onlar yerli silahlılar tərəfindən öldürülüb.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.