ƏRDƏBİL İRANDA YOXSUL ƏYALƏTLƏR SIRASINDADIR

İran Statistika Mərkəzinin son hesablamalarına görə, Ərdəbil İranda yoxsul əyalətlər sırasındadır. Bu barədə bütöv.az saytına istinadən azerbaycan-ruznamesi.org yazır. Məlumatda Ərdəbil əyalətinində yoxsulluq səviyyəsinin ölkə üzrə ortalama göstəricidən yüksək olduğu bildirirlir. Rəsmi statistikada ölkədə ailələrin 22,8%-nin mütləq yoxsulluq həddində olduğu göstərilib. Hesabata əsasən mütləq yoxsulluq səviyyəsinə görə, Sistan və Bəlucistan əyaləti hələ də ən pis vəziyyətdədir və orta hesabla bu əyalətdəki ailələrin 51,4%-i mütləq yoxsulluqdan əziyyət çəkir.

Statistika Mərkəzinin məlumatına görə, yoxsulluqdan ən az əziyyət çəkən əyalət 11.1% yoxsulluq göstəricisi ilə İranın mərkəzində yerləşən fars dilli Yəzd əyalətidir. Ərdəbil əyaləti geniş potensialına, kənd təsərrüfatına, yeraltı və yerüstü sərvətlərinə baxmayaraq yoxsulluq sıralamasında ölkə üzrə 12-ci yerdə qərar tutub.

Şərhlər bağlıdır.