HÜSEYNQULU SARABSKİNİN ANIM GÜNÜ

Azərbaycan Musiqili Teatrının banilərindən və milli opera sənətinin yaradıcılarından biri olan Hüseynqulu Sarabskinin bu gün xatirə günüdür. O, 1879-cu ildə Bakıda dünyaya gəlib.

Səhnə fəaliyyətinə 1902-ci ildə başlayan H.Sarabski “Leyli və Məcnun”da Məcnun rolunun, başqa operalarda da əsas partiyaların ilk ifaçısı olub.

“Müsəlman dram truppası”nı yaradan Hüseynqulu Sarabski 1910-cu ildən rejissor kimi fəaliyyət göstərib.

Sarabski “Köhnə Bakı” adlı kitab yazıb ki, burada Azərbaycan paytaxtının qədim dövrlərdən formalaşmış mədəniyyəti, milli ənənələri, bayram və mərasimləri barədə son dərəcə qiymətli məlumatlar əks olunur.

Böyük aktyor, rejissor və tədqiqatçı 1945-ci ilin bu günü dünyasını dəyişib.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.