FRANSIZ SİYASƏTÇİDƏN DAVA-DALAŞ

ÖCALAN MESAJINDAN MANDELAYA QƏDƏR...

Fransa prezidentliyinə namizəd Jan-Lük Melenşon Tvitter hesabında PKK terror təşkilatının lideri Abdullah Öcalanla bağlı paylaşım edib.

Azerbaycan-ruznamesi.org xəbər verir ki, paylaşımında skandala imza atan fransız siyasətçi həbsdə olan Öcalanın azad edilməli olduğunu bildirib.

Melenşon PKK liderini CAR-ın ilk qaradərili prezidenti Nelson Mandela ilə müqayisə edib:

“Öcalan 23 ildir Türkiyədə həbsdədir. Demək olar ki, Mandela qədər. Bu, ədalətli deyil. Öcalan sülh naminə sərbəst buraxılmalıdır”.

Şərhlər bağlıdır.