NƏMİNDƏ İŞÇİLƏR ETİRAZ AKSİYASI KEÇİRİB

Fevralın ortalarında Ərdəbil əyalətinin Nəmin şəhərinin Neft şirkətinin təqaüdçüləri və “Artapan” Sənaye Şirkətinin işçiləri hüquqlarının tapdalandığından narazılılıqlarını bildirmək üçün etiraz aksiyası keçiriblər.

Azerbaycan-ruznamesi.org kütləvi informasiya vasitələrinə istinadən  xəbər verir ki, “Artapan” Sənaye Şirkətinin işçiləri uzun müddətdir xammal çatışmazlığı ucbatında sənaye müəssisəsinin istehsalının azaldığını, müəssisənin tətil olmaq ərəfəsində olduğunu və onların aylardır yığılıb qalan əmək haqlarının ödənilmədiyini deyiblər.

Qeyd edək ki, Artapan şirkəti İranın ən böyük sellüloz məhsulları istehsalçılarından və davamlı mexanikləşdirilmiş istehsal üçün yeganə fabriklərdən biri sayılır.

Hal-hazırda bu önəmli sənaye müəssisəsi İran hökumət rəsmilərinin səriştəsizliyi və istehsalçılara dəstək olmaması səbəbindən fəaliyyətini davam etdirə bilmir.

Yüzlərlə işçi iş yerlərini itirmək təhlükəsi ilə üz-üzə qalıb. Hələlik etiraz aksiyası heç bir nəticə verməyib.

Şərhlər bağlıdır.