SƏNƏDÇİLƏRİN LƏYAQƏTİNİN TAPDALANDIĞI YERDƏ

ƏLAC ÖLKƏNİ TƏRK ETMƏYƏ QALIR

Azərbaycanın Güneyində aktyor, komediyaçı Babək Nəhreyn özünün sosial media hesabında etdiyi paylaşımda İranı tərk etmək qərarına gəldiyini deyib.

Təbriz Turan TV aldığı məlumata görə, yaxın keçmişdə Azərbaycanın Güneyinin Şərq əyalətinin İfaçılıq Sənətləri Dərnəyinin başçısı seçilən Nəhreyn İranda sənət və sənətçiyə heç bir əhəmiyyət verilmədiyini, sənətçilərin ləyaqətinin tapdalandığını yazıb.

“Hər hansı bir verilişi aparırsansa apar bu bir kəsimin narahatlığına səbəb olur. Bu ölkədə yumorun yeri yoxdur. Bütün verilişlərim mənim üçün əlavə problemlərin yaranmasına səbəb olub”, – deyə Babək Nəhreyn paylaşımında bildirib.

O, deyib ki, hazırda əlində olan bir layihənin üzərində işləyir və bu işi başa çatdırdıqdan sonra bu sahədən ayrılıb daha dinc yaşamaq üçün xarici ölkələrdən birinə getmək qərarına gəlib.

Qeyd edək ki, bir neçə gün bundan öncə Babək Nəhreynin İranda yayımlanan “Coker” proqramında Azərbaycan aşıqlarını, folklorunu aşağılaması güneyli fəallar və mədəniyyətsevərlər tərəfindən qınaqla qarşılanıb.

Etirazçılar hesab edirlər ki, “Coker” proqramı Azərbaycanın milli-mədəni simvollarını lağa qoymaq üçün vasitə olmamalı idi və Babək Nəhrin müsabiqədə qalib gəlmək üçün daha uyğun mövzu seçə bilərdi.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.