ADF-NİN CLUBHOUSEDƏ BEYNƏLXALQ QADINLAR GÜNÜNƏ AİD TƏDBİRİ

8 MART BAYRAMI VƏ GÜNEY AZƏRBAYCANINDA QADIN PROBLEMİ

Martın 8-də Azərbaycan Demokrat Firqəsinin Clubhousedə növbəti konfransı keçiriləcəkdir. Tədbir “8 Mart bayramı və Güney Azərbaycan ədəbiyyatında qadın problemi”nə həsr olunacaqdır.

Təbriz vaxtı ilə saat 19:30-dan (Bakı vaxtı ilə saat 20:00) başlayaraq üç saat davam edəcək konfrans Rəhim bəy Şahbazinin adminliyi ilə baş tutacaqdır.  Azərbaycan Demokrat Firqəsinin xarici əlaqələr üzrə məsulu Cavanşir Abdulla Əmir Haşimi tədbirin idarə edilməsində ona köməklik göstərəcəkdir. Konfransda Azərbaycan Demokrat Firqəsinin sədri Rəhim Hüseynzadənin də iştirakı gözlənilir.

Tədbir ADF-nin himni ilə başlayacaq, Azərbaycan Respublikasının dövlət himni ilə yekunlaşacaqdır.

Bu dəfə tədbirin əsas məruzəçiləri və çıxış edənləri qadınlardır.

Mövzu ətrafında tanınmış alim Pərvanə Məmmədlinin məruzə edəcəyi gözlənilir. Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin üzvü Səriyyə Ərdəbilinin də ayrıca məruzəsi olacaqdır.

Bundan başqa firqənin üzvü Aidə Əmir Haşiminin çıxışı da maraq doğuracaqdır.

Azərbaycan Demokrat Firqəsi

Şərhlər bağlıdır.