ŞƏHRİYARIN “HEYDƏRBABAYA SALAM”I DA QƏZƏBƏ GƏLDİ

ONUN ŞEİRİ ƏKS OLUNAN OTURACAQ YIĞIŞDIRILDI

Azərbaycanlı fəalların sosial şəbəkələrdə etirazından sonra Şəhriyarın türkcə “Heydərbabaya salam” şeirinin əks olunduğu oturacaq yığışdırıldı.

Şovinist fars rejiminin təyin etdiyi rəsmilər Azərbaycanın Güneyinin Culfa şəhərindəki parkda ustad Şəhriyarın türkcə “Heydərbabaya salam” şeirini oturacaq şəklində quraşdırmışdılar.

Azərbaycanlı fəallar etiraz etmişlər ki, rejimin əlaltıları bu addımı kitab oxumaq və türk şeirini təhqir məqsədi güddüyü fikrindədirlər. Buna görə də onlar sosial şəbəkələrdə etirazlarını bildirmişlər.

Türk şeirini və mədəniyyətini təhqir etməyə çalışan rejimin fars şeirinə əhalidən xüsusi hörmət tələb etməsi isə hər zaman narazılıqla qarşılanır.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.