Azerbaycan-ruznamesi.org mətbu orqanlara istinad edərək İranda və xaricdə yaşayan panfarsist cərəyanlar və hökumətə bağlı qrupların, şəxslərin Amerikada mühacirətdə yaşayan Azərbaycanın Güneyindən olan tanınmış müğənni İbrahim Hamidiyə (Ebi) qarşı kampaniya başladıqlarını bildirib.
İbrahim Hamidi “İrana xəyanətdə” ittiham olunur.
Birləşmiş Ərəb Əmirliklərində konsert verən Hamidinin jurnalistlərin körfəzin adı ilə bağlı sualına verdiyi cavab və fars miliyyətçiliyini təbliğ edən “Xəlic-e fars” mahnsını oxumaması bir sıra iranlıların qəzəbinə səbəb olub.
“Körfəzinin adının fars, ərəb və ya başqa nəsə olması mənim məsələm deyil. Bu siyasi məsələdir və bununla siyasətçilər məşğul olmalıdır”, – deyə Hamidi bildirib.
Onlar azərbaycanlı müğənnini satqınlıqda və “Fars körfəzi”nin adını təhrif etməkdə günahlandırırlar.
Atası əraklı, anası həmədanlı olan 72 yaşlı İbrahim Hamidi İranın ən tanınmış sənətçilərindən sayılır və 1977-ci ildən Amerikada yaşayır.
Şərhlər bağlıdır.