ALİMLƏR ÖLKƏDƏN NİYƏ QAÇIR?

Təbriz, Üskü və Tufarqan şəhərlərinin İran parlamentindəki nümayəndəsi Məsud Pezeşkiyan İran parlamentinin qanun və qərarlarının bir çoxunun qeyri-elmi olduğunu deyib. Təbriz Turan TV onun açıqlamasını yayıb:

“Hökumətin və parlamentin təsdiqi etdiyi qərar və qanunlar qeyri-elmidir. İnnovasiya və akademik mühitdə dəyişiklik etmək istəyirlərsə dünyagörüşlərini dəyşməlidirlər.

Belə olmadıqda çətin ki, xüsusi bir irəliləyiş və dəyişiklik baş versin”.

O, ölkədə bilikli və alim adamlarla biliksiz şəxslərin bərabərləşdirilməsinə, alimlərin savadsızların tabeliyinə verilməsinə çalışıldığına işarə edərək, bunun bir çox innovativ insanlarda çalışmaq üçün maraqlarının qalmadığını söyləyib.

Pezeşkiyan hakim şəraitə görə, bir çox elm adamının ya təqaüdə çıxmaq üçün müraciə etdiyini və ya ölkədən çıxmaq üçün yollar axtardığını bildirib.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.