“Qacarlar sülaləsinin get-gedə zəifləməsinə və biabırçı şəkildə tarix meydanından çəkilməsinə bu dövlətin yüksək qurumlarına yol tapmış ermənilərin səxavətli “töhfəsi” olub”.
Sabiq xarici işlər naziri Vilayət Quliyevə hadisəni belə nəql edir ki,
Nadir şah Əfşarın 1747-ci ildə öldürülməsindən sonra İran və Azərbaycanda uzun müddət siyasi parçalanma və hakimiyyət uğrunda savaşlar davam edib.
MÖVZU İLƏ BAĞLI:
DÜZ 80 İL ƏVVƏL… 70 milyon insanın ölüm fərmanı verildi – TARİXİ FAKTLAR
Bu mübarizədən qalib ayrılan Ağa Məhəmməd Qacar 1796-cı ildə özünü “Şah” elan etməklə Qacarlar imperiyasının əsasının qoyub.
Vilayət Quliyevin sözlərinə görə, məhz ermənilərin öz ciblərinə, “böyük Ermənistan” ideyasına, bölgədə rus və ingilis maraqlarına yönəlik fəaliyyəti dövləti tədricən iflic vəziyyətinə salıb:
“Proses Fətəli şah Qacarın (1797-1834) hakimiyyəti dövründə başlayb. Bruklin muzeyində saxlanan bu miniatürdə belə “dövlət admlarından” biri – Yenikolopyan ailəsindən olan Mənuçöhr (Manuçar) xan (?-1847) təsvir olunub. İrəvandan Tiflisə gedərkən ələ düşən Manuçar təxminən 18-19 yaşlarında axtalanıb və bundan sonra Fətəli şahın hərəmxanasında xacə kimi fəaliyyətə başlayıb. Bir müddət sonra is
ə baş xacə mənsəbinə yüksəlib. Bir müddət sonra isə fəal şəkildə dövlət idarəçiliyi və siyasi proseslərə müdaxilə etməyə başlayıb”.
Qeyd edək ki, Qacarların hakimiyyəti ötən əsrin 20-ci illərinə kimi davam edib.
1925-ci ildə Qacar xanədanının sonuncu hökmdarı Əhməd şahın devrilməsindən sonra, İranda Pəhləvilər sülaləsinin hakimiyyəti başlayıb.
Murad Əhmədov
Şərhlər bağlıdır.