AZADLIQ, ƏDALƏT, MİLLİ HÖKUMƏT!!!

ABDULLA ƏMİR HAŞIMİ CAVANŞİR

Hörmətli vətəndaşlar, əziz bacı-qardaşlar!

Azərbaycanımızın müxtəlif şəhərlərindən vaxtaşırı aldığımız xəbərlərə əsasən, Azərbaycan Demokrat Firqəsinin istək, məram və məsləki, günü –gündən millətimizin içərisində yayılaraq, gündəlik şüarlara çevrilir. Azadlıq, ədalət, mili hökumət kimi taktiki və strateji şüarlar hər bir Azərbaycan türkünün mübarizə və mücadilə şüarı olur. Nəhayət ki, Pəhləvi rejimi ilə İran İslam Respublikasının, firqəmizin əleyhinə mənfur təbliğatları puça çıxaraq, günəş bulud altında qalmayıb, sevimli Vətənimizi qaranlıqdan qurtarıb, işiqlandırmağa aparır.

Xalqımız zaman keçdikcə 76 il əvvəl qurulan Ulu Öndər Pişəvərinin rəhbərliyi ilə Milli Hökuməti dərindən sevir, onun bərpasında fədakarlığa hazırlaşır. Bu gün Milli Hökumətin xidmətləri xalqımızın qan yaddaşında gündəlik şüara, vəzifəyə, əmələ çevrilir. Buna sübut bir çox əlimizə gələn müxtəlif faktlardır. Azərbaycanımızn Güneyinin müxtəlif şəhərlərində keçirilən mitinq və toplantılarda səslənən şüarlar, İran rejimini qorxuya salır. Bu gün 15 ordubeheşt (cümə axşamı) Urumiyə şəhərində futbol meydanında azarkeşlər tərəfindən verilən milli fəallarımızın şüarlarını nəzərinizə çatdırırıq. Yüzlərcə gənc urumiyəli Azərbaycan türkləri bu şüarları stadionda səsləndirdilər:

“Təbriz, Zəncan, Ərdəbil bu səs Urmudan gəlir!”, “Urmu gölü can verir, İran qətlinə fərman verir!”, “Pişəvəri ruhun şad!”, “Azərbaycan var olsun, Milli Hökumət olsun!”

Bu şüar və istəklər Urumiyənin “Nəvərd” komandası ilə Becnurd “Ətrək” komandası arasında gedən yarışda minlərlə azarkeşlər tərəfindən səsləndi. Xatırladaq ki, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanımızın Güneyindəki şəhərlərdə, xüsusən Təbrizdə “Qrabağ Azərbaycandır!” Şüarları ilə bərabər “Azadlıq, Ədalət, Milli Hökumət!” şüarı, minlərcə azərbaycanlıların dilinin əzbərinə çevrilmişdi. Həmin şüar Ərəb Əl-Əhvaz xalqı ilə həmrəylik mitinglərdə də dəfələrlə iştirakçılar tərəfindən səslənmişdi. Başqa bir faktı da nəzərinizə çatdırmaq istərdik, bir neçə gün öncə Azərbaycanımızın Güneyinin milli fəalları tərəfindən, günyedə gedən vəziyyəti araşdıran bir yazı yayılmışdır. Həmin yazı “Azadlıq, Ədalət, Milli Hökumət!” şüarı ilə bitmişdi. Görünür ki, əzizlərimizin illər boyu zindan və mücadilə təcrübələri, Milli Hökumətin bərpasının zərurəti ilə nəticələnib. Biz hər gün müxtəlif şəbəkələrdə onlarca Güney Azərbaycan ziyalılarından, Azərbaycan Demokrat Firqəsinin məram, məsləkindən, şəxsiyyətlər və şəhidlərindən, müxtəlif xatirələrə və yazılara rast gəlirik. Onlarca kitab, məqalə, seminarlar Azərbaycan Demokrat Firqəsi, Azərbaycan Milli Hökuməti barədə təşkil olunub, yayılır. Xalqımız İran İslam Respublikasının 43 illik anti Azərbaycan siyasətini təcrübə etdikdən sonra, təbii olaraq məntiqi formada Milli Hökumətin qurulması və onun yolunda uzun illər mübarizə aparan, Azərbaycan Demokrat Firqəsinin rəhbərliyinin təsdiqləməsinə gətirib çatdırmışdır. Azərbaycan Demokrat Firqəsi, xalqımızın bu yetkinliyini hər sahədə alqışlayır, hər bir Azərbaycan övladını təbrik edir, onların tutduğu mübarizə yolunda uğurlar arzulayır.

Yaşasın Azərbaycan!

Var olsun Azərbaycan Demokrat Firqəsi!

Bərpa olsun Azadlıq, Ədalət, Milli Hökumət!

Şərhlər bağlıdır.