İran hökümətinin una tətbiq etdiyi subsidiyaları ləğv etməsindən sonra çörək, makaron və un məmulatlarının qiyməti 10 dəfədən çox artıb. Bundan sonra ölkənin cənub regionlarında aksiyalar başlayıb.
“Iran International” telekanalının yayımladığı məlumata əsasən bu barədə xəbər yayımlanıb.
İranın cənubunda yerləşən Xuzistan əyalətində üç gündür aksiyalar davam edir, təhlükəsizlik qüvvələri sıx şəkildə küçələrdə reydlər keçirir və internet bağlantısı kəsilib. Məlumata görə, aksiyaçıların həbsi davam edir. İran ildə 13 milyon ton buğda istehsal edir. Amma daxili tələbatı ödəmək üçün ildə 6-7 milyon ton buğda idxal edir. Hökümət neçə gündür una tətbiq edilən subsidiyanı ləğv edib və çörək, makaron və digər undan hazırlanan qida məhsullarının qiyməti 10 dəfə artıb. Hökümətdən bildirilib ki, əhaliyə kompensasiya veriləcək. Belə ki, adam başına günlük 250 qram çörək almaq üçün nağd vəsait xalqın bank kartlarına köçürüləcək. Parlamentin spikeri Məhəmməd Baqir Qalibaf bazar günü höküməti tənqid edərək birdirib ki, xalq ərzaq qiymətlərinin daha kəskin bahalaşmasına hazır deyil. Rəsmi statistikalara görə, İran əhalisinin 70 faizi yoxsulluq səviyyəsindən aşağı gəlirlə yaşayır və inflasiya isə üç ildir ki 35-40 faiz arasındadır.
Yerli mənbələr həmçinin ölkənin müxtəlif şəhərlərdə etiraza qalxan vətəndaşların saxlanıldığını bildirirlər. Şənbə günü sabiq ABŞ prezidenti Donald Trampın təhlükəsizlik məsələləri üzrə müşavirinin müavini Viktoriya Kots İlon Maskdan xahiş edib ki, İranın Xuzistan əyalətinin peyk vasitəsilə internetə qoşulmasına imkan yaratsın. İlon Maskın rəhbərlik etdiyi “SpaceX” şirkəti hazırda Ukrayna üçün peyk internetə çıxışı təmin edib.
İran hökümətinin una tətbiq etdiyi subsidiyaları ləğv etməsindən sonra çörək, makaron və un məmulatlarının qiyməti 10 dəfədən çox artıb. Bundan sonra ölkənin cənub regionlarında aksiyalar başlayıb.
GUNinfo.az Qaynarinfo-ya istinadən bildirir ki, bu barədə “Iran International” telekanalının yayımladığı məlumata əsasən xəbər verir.
İranın cənubunda yerləşən Xuzistan əyalətində üç gündür aksiyalar davam edir, təhlükəsizlik qüvvələri sıx şəkildə küçələrdə reydlər keçirir və internet bağlantısı kəsilib. Məlumata görə, aksiyaçıların həbsi davam edir. İran ildə 13 milyon ton buğda istehsal edir. Amma daxili tələbatı ödəmək üçün ildə 6-7 milyon ton buğda idxal edir. Hökümət neçə gündür una tətbiq edilən subsidiyanı ləğv edib və çörək, makaron və digər undan hazırlanan qida məhsullarının qiyməti 10 dəfə artıb. Hökümətdən bildirilib ki, əhaliyə kompensasiya veriləcək. Belə ki, adam başına günlük 250 qram çörək almaq üçün nağd vəsait xalqın bank kartlarına köçürüləcək. Parlamentin spikeri Məhəmməd Baqir Qalibaf bazar günü höküməti tənqid edərək birdirib ki, xalq ərzaq qiymətlərinin daha kəskin bahalaşmasına hazır deyil. Rəsmi statistikalara görə, İran əhalisinin 70 faizi yoxsulluq səviyyəsindən aşağı gəlirlə yaşayır və inflasiya isə üç ildir ki 35-40 faiz arasındadır.
Yerli mənbələr həmçinin ölkənin müxtəlif şəhərlərdə etiraza qalxan vətəndaşların saxlanıldığını bildirirlər. Şənbə günü sabiq ABŞ prezidenti Donald Trampın təhlükəsizlik məsələləri üzrə müşavirinin müavini Viktoriya Kots İlon Maskdan xahiş edib ki, İranın Xuzistan əyalətinin peyk vasitəsilə internetə qoşulmasına imkan yaratsın. İlon Maskın rəhbərlik etdiyi “SpaceX” şirkəti hazırda Ukrayna üçün peyk internetə çıxışı təmin edib.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.