İRANDA SÜRƏTLİ QİYMƏT ARTIMI 

AZADİRAN TƏQDİM EDİR: HAKİMİYYƏT ƏHALİNİ ÇÖRƏKLƏ SINAĞA ÇƏKİR

Ramazan bayramı bitər-bitməz İranda illərdən bəri davam edən sürətli bahalaşma prosesi özünün pik nöqtəsinə çatdı: zəruri ərzaq mallarının qiymətinin durmadan və dəfələrlə artımı sayəsində əhalinin böyük bir hissəsinin əsas qida mənbəyinə çevrilmiş çörəyin də qiyməti hökumətin qərarı ilə bir günün içində dəfələrlə yüksəldi.

Bununla da özünü məzlumların və binəsiblərin hamisi kimi təqdim edən İran hakimiyyəti onun yarıtmaz siyasəti nəticəsində mütləq əksəriyyəti yoxsulluq məngənəsində çırpınan əhaliyə əsl şok yaşatdı.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.