Məlun “anaj” saytı ekspertin dilindən İran və dünya(!) azərbaycanlılarını Qəzza terroristlərinin əməllərini müdafiə etməyə çağırır. “Anaj” dünya azərbaycanlılarının nümayəndələri İranda azərbaycanlıların ən bəsit milli hüquqlarının paymal olmasından danışanda, onları pantürkist və separatist adlandırır. Bu saytın əməkdaşları mənsub olduqları xalqın hüququnu qorumaqları özlərinə qalsın, dilə gətirmək əvəzinə, var gücləri ilə onun etnik-milli maraqlarına qarşı mübarizə aparırlar.
İndi bunlar istəyir ki, Cənubi azərbaycanlılar onların hüquqlarını tapdalayan fars hakim rejiminin ekspansionist siyasətini müdafiə etsin.
Başqa sözlə, bunlar istəyirlər ki, Cənubi azərbaycanlılar öz HÜQUQSUZ vəziyyətinə göz yumaraq, başqalarının hüquqlarını müdafiə etsinlər.
BU DƏRƏCƏDƏ DƏ RİYAKARLIQ OLMAZ.
Vidadi Mustafayev
Şərhlər bağlıdır.