PKK ÜZVLƏRİNİN MÖVQEYİ: İSVEÇ NATO-YA QƏBUL OLUNMASIN!

Onlar Türkiyənin şərtlərini qəbul edilməz sayırlar. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla müzakirələr aparan İsveçin Baş naziri Maqdalena Andersson danışıqlarla bağlı bir sıra açıqlamalar verib.

Azerbaycan-ruznamesi.org Türkiyə mediasına istinadən bildirir ki, o, Ankara ilə ikitərəfli əlaqələrin güclənməsini səbirsizliklə gözlədiklərini söyləyib.

Maqdalena Andersson bildirib ki, ölkəsi PKK-nın terrorçu təşkilatların siyahısına salınmasını açıq şəkildə dəstəkləyir: “Biz Türkiyə ilə əlaqələrimizi möhkəmləndirmək üçün əlimizdən gələni edəcəyik. Əlaqələrimizin gücləndirilməsini, necə deyərlər, dörd gözlə gözləyirik”.

Amma elə onun bu açıqlaması ilə təxminən eyni vaxtda İsveçin paytaxtı Stokholmda toplaşan bir qrup PKK/PYD tərəfdarı İsveçin NATO-ya müraciətinə etiraz ediblər.

Norra Bantorget meydanında yığışan qrup Sosial Demokrat Partiyasının binası önünə yürüş edib.

Terror təşkilatı PKK/PYD-ni simvolizə edən təşkilat tərəfdarları İsveçin NATO-ya üzv olmamasını və Türkiyənin şərtlərini qəbul etməməsini tələb ediblər.

Aksiya zamanı terror tərəfdarları “hamımız PKK-lıyıq” şüarı səsləndiriblər.

Şərhlər bağlıdır.