URMUDA TÜRK DİLİNDƏ TAMAŞA

Urmu şəhərinin Mədəniyyət və İncəsənət Kompleksində Azərbaycan dilində tamaşa göstərilib.

Azerbaycan-ruznamesi.org Təbriz Turan TV-yə istinadən xəbər verir ki, ilk tamaşa Mədəniyyət və İncəsənət Kompleksində göstərilib. Mayın 6-da səhnəyə çıxarılan əsər  “Yenə yarpaqlar düşür”  səhnəyə çıxarılıb.

Oyunçuların Azərbaycanın milli və ənənəvi geyimləri ilə çıxış ediblər. Tamaşada müharibələr, onların dünyanın hər hansı bir yerində baş verməsi pislənib.

Rejissoru Əsgər Abidi (İlqar), ssenari müəllifi Tohid Nəcəfzadə olduğu tamaşa təkrarən mayın 17-ə kimi hər gün səhnəyə çıxarılıb.

Bütün məhdudiyyətlərə baxmayaraq son illər Azərbaycanın Güneyində türkcə film və tamaşaların səhnələşdirilməsi azərbaycanlıların geniş rəğbəti ilə qarşılanıb.

Bir sıra film və teatr əsərləri əhalinin geniş marağına səbəb olduğu üçün təkrarən bir neçə dəfə səhnələşdirilib.

Şərhlər bağlıdır.