Azerbaycan-ruznamesi.org-un diqqətini “Azvision.az”-da dərc olunmuş “Fironun yuxusunun qlobal yozumu” yazısı cəlb etdi (25.04.2022). Bu məqalə dünyada baş verən proseslərə qlobal şərh idi. Buna görə də yazını sizlərə təqdim edirik.
Yaxınlaşan qlobal böhranın səbəbləri göründüyündən dərindir, nəticələri isə düşündüyündən mürəkkəb ola bilər. Tövratdakı məşhur rəvayəti bilməyən yoxdur: Bir gün Firon yuxuda görür ki, çayın qırağında 7 kök inək otlayır, amma sudan çıxan 7 arıq inək onları yeyirlər. Növbəti gün eyni yuxu bir qədər başqa cür təkrarlanır: buğdasız 7 sünbül bəhərli 7 sünbülü yeyir. Yuxunu yozan Yusif (İosif) bildirir ki, qarşıda 7 məhsuldar ildən sonra 7 bəhərsiz il gələcək. Başqa sözlə, ərzaq böhranı. Maraqlıdır, görəsən, indi qlobal iqtisadiyyatla bağlı qərar verənlər yuxularında nə görülər? Hazırda dünyada ən çox narahatlıq doğuran mövzu qlobal inflyasiya və ərzaq böhranıdır. BMT-nin proqnozlarına görə, Ukraynadakı müharibə nəticəsində 1,7 milyard insan, yəni planetin əhalisinin beşdə biri aclıqla üzləşə bilər. Təşkilatın baş katibi Antonio Quterreş taxılın qiymətlərinin bahalaşmasını “kasıb ölkələrə qarşı səssiz hücum” adlandırır. Varlı ölkələr isə ehtiyatlarını artırmaq niyyətlərini gizlətmirlər. Bu, təbii ki, bazarda balansın pozulma dərəcəsini artırmaqla, qiymətləri daha da qaldıracaq. Bəs belə vəziyyətdə nə etmək olar?
|
||||||
Birinci mərhələ: Böhranın fəsadları 2008-ci ildə ABŞ-da “Lehman Brothers” bankının müflisləşməsi ilə başlayan və sürətlə bütün dünyanı bürüyən maliyyə böhranı nə zaman bitmişdi? Suala cavab vermək asan deyil. Beynəlxalq Valyuta Fondunun 2018-ci ilin oktyabrında yaydığı hesabatda deyilirdi ki, üstündən 10 il keçməsinə baxmayaraq, dünyada böhranın toxunduğu ölkələrin 85%-nin, böhranın birbaşa toxunmadığı ölkələrin isə 60%-nin iqtisadiyyatı hələ də 2008-ci ilə qədərki vəziyyətə qayıda bilməmişdi. Türkiyəli iqtisadçı ekspert Neşat Gündoğdunun AzVision.az-a dediyinə görə, 2008-ci ildə ABŞ-da başlayan böhran gələcək qlobal inflyasiyaya zəmin yaratmışdı. Çünki böhrandan sonrakı illərdə dövlətlər aktiv şəkildə borc alırdılar. 10 il ərzində dünyadakı dövlətlərin ümumi borcu onların birgə ÜDM-nin 36%-dən 52%-nə qədər artmışdı. İqtisadiyyatlara investisiya qoyuluşu çox ləng bərpa olunurdu. 2017-ci ildə dünyada qoyulan sərmayələrin ümumi həcmi 2008-ci il böhranının olmayacağı təqdirdə qoyula biləcək yatırımın 25%-i həcmində idi. İqtisadçı-alim Elşad Məmmədov “AzVision”un videokastında bildirib ki, dünya iqtisadiyyatındakı logistik zəncirlərin qırılması, istehsal əlaqələrinin zəifləməsi prosesi xeyli müddətdir gedirdi. Kəskin struktur böhranı nəticəsində 2008-2009-cu illərdə dünya iqtisadiyyatında kifayət qədər irihəcmli maliyyə “köpükləri” yaranmışdı. Həmin “köpük”lər partlayanda böhran başladı, sonrakı dövrdə mərkəzi bankların emissiyası hesabına bu problemlərin üstü örtülsə də, məsələ köklü həllini tapmadı və daha da dərinləşdi.
|
||||||
İkinci mərhələ: Pandemiya
Evdə oturub, işləməyən insanlara pul vermək üçün nə lazımdır? Həmin pulları çap etmək! Bəs pulu çap edəndə nə baş verir?! İnflyasiya!
|
||||||
Belə vəziyyətdə Prinston universitetinin professoru Markus Brunnermayerin əvvəlcədən proqnozlaşdırdığı və “infliyasiya mişarı” adlandırdığı hadisə qaçılmaz idi: Stimullaşdırma proqramları deflyasiya qüvvələrinin təsirini zəiflədir və nəticədə inflyasiya “partlayışı” baş verir.
Ümumiyyətlə, ABŞ-ın Milli İqtisadi Araşdırmalar Bürosunun (National Bureau of Economic Research | NBER) dərc etdiyi araşdırmadan görünür ki, hər dəfə epidemiya və müharibələr inflyasiyanın güclənməsinə səbəb olur. Həm “İspan qripi” illərində, həm də birinci və ikinci dünya müharibələri dövründə bütün əsas ərzaq məhsullarının qiymətləri artım nümayiş etdirib.
|
||||||
|
||||||
|
||||||
|
||||||
Beləliklə, 2022-ci il başlayanda artıq 3 güclü lokomotivə qoşulmuş inflyasiya qatarı sürətlə böhran stansiyasına doğru hərəkət edirdi. Amma bu azmış kimi, prosesə amillərin ən güclüsü əlavə olundu və onsuz da qarışmış kartlar lap qarışdı. Dördüncü mərhələ: Müharibə Həm Ukrayna, həm də Rusiya dünyanın 120 milyard dollarlıq taxıl bazarında əsas oyunçulardan idilər. Onların hər ikisi dünyanın buğda istehsal və ixrac edən 10 ölkəsinin arasındadır.
|
||||||
|
||||||
|
||||||
Birinci sual: Hara gedirik?
Dünya bankının rəhbəri Devid Malpassın proqnozlarına görə, ərzaq böhranının ilin sonuna qədər bitəcəyi gözlənilmir. Ona görə də dövlətlər öz ehtiyatlarını satışa çıxarmalıdırlar. O, belə addım atan Hindistanı inkişaf etmiş ölkələrə misal göstərib. Hərçənd, Sankt-Peterburq Dövlət Universitetinin professoru, iqtisad elmləri doktoru Stanislav Tkaçenko AzVision.az-ın videokastında xatırladıb ki, ötən il Çin 134 milyon ton, Hindistan 107 milyon ton, Rusiya 83 milyon ton taxıl istehsal etsələr də, Hindistanın əhalisi Rusiya əhalisindən 10 dəfə çoxdur, həm əhalini, həm də heyvanları təmin etmək üçün taxıla kəskin ehtiyacı var. Buna görə də, bir sıra ekspertlər Hindistanı ciddi ixracatçı saymırlar. Bu və bütün digər amillərin təsirini nəzərə alsaq, hazırkı bahalı ərzaq dövrünün 3-5 il davam edəcəyi gözlənilə bilər.
|
||||||
|
||||||
İkinci sual: Nə etmək olar?
Amerikalı ekspert Endryu Koribko AzVision.az-a açıqlamasında qlobal infliyasiyanın qarşısını almaq üçün edilə biləcək elə də çox şeyin olmadığını deyib. Çünki dünyada kənd təsərrüfatı, logistika və qiymətlərə nəzarətə cavabdeh olan hansısa mərkəzi qlobal qurum yoxdur. Olsaydı belə, 4 səbəbin üstə-üstə gələrək yaratdığı güclü inflyasiya dalğasına qarşı çətin ki, nəsə edə biləydi. Tutaq ki, ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES) inflyasiyanı cilovlamaq üçün faiz dərəcələrini qaldıra bilər. “JPMorgan Chase” və “Deutsche Bank”ın ekspertlərinin fikrincə, məhz belə də edəcək. ABŞ iqtisadiyyatı 2023-cü ilə yüksək faiz dərəcələri ilə girəcək və həmin siyasət ən azından 2024-cü ilə qədər davam edəcək. Hazırda 0,25-0,5% aralığında dəyişən faiz dərəcələri iki il ərzində 3,5%-i keçəcək ki, bu, çox ciddi göstərici olduğundan, maliyyə bazarlarında yüksək volatillik yaratmaqla, rsikləri artıracaq, iqtisadi inkişafı tormozlayacaq. Axı yüksək faiz dərəcəsi bahalı kreditlər, bahalı kreditlər isə öz növbəsində, işgüzar aktivliyin azalması deməkdir.
|
||||||
İstisna deyil ki, böhran dərinləşdikcə məhz deqlobalizasiya əsas trendə çevrilməyə başlayacaq. Regional iqtisadi mərkəzlər dolları əvəzləyən alternativ mexanizmlərə üz tutmağa çalışacaqlar. Bu deqlobalizasiya prosesi kifayət qədər uzunmüddətli ola bilər.
İqtisadçı-alim Emin Qəriblinin fikrincə, Xəzərətrafı və Güney Qafqaz bölgəsinin ölkələri kooperasiya yaratmalıdırlar. İndiyə qədər də biz bunu istəyir, lakin gözləyirdik ki, bazar iqtisadiyyatının “görünməz əl”i özü prosesi tənzimləyəcək. İndi isə təkcə bazar mexanizmlərinə ümid olmadan prosesi sürətləndirmək lazımdır, çünki səylərimizi birləşdirmədən qlobal böhranın qabağında dayanmaq olmaz.
|
||||||
Nəticə
Beləliklə, böhranın anatomiyasının bir qədər dərindən təhlili göstərir ki, o, ilk baxışdan müharibənin nəticəsi kimi görünsə də, əslində qlobal sistem xarakterlidir. Müharibə olmasa da başlayacaqdı və müharibə bu gün bitsə belə, böhran qurtarmayacaq. Onun nə qədər sürəcəyini və nə ilə yekunlaşacağını proqnozlaşdırmaq mümkün deyil. Dövlətlər addımlarını bizim bu mərəzlə hələ bir müddət yaşayacağımızı nəzərə alaraq, atmalıdırlar. Həmin addımlar da ilk növbədə regional kooperasiyanın güclənməsi və milli iqtisadiyyatların risklərdən sığortalanması istiqamətində olmalıdırlar. |
Əvvəlki
Şərhlər bağlıdır.