“NİYƏ FAŞİST PƏHLƏVİ SƏLTƏNƏTÇİLƏR FƏAL OLUBLAR” ADLI KONFRANS KEÇİRİLDİ

İyun ayının 17-də Clubhouse vasitəsilə Azərbaycan Demokrat Firqəsinin Təbriz vaxtı ilə saat 19:30 da növbəti canlı seminarı keçirildi. Seminarın çıxışçısı Azərbaycan Demokrat Firqəsinin Beynəlxalq Əlaqələr məsulu Abdulla Əmir Haşımi Cavanşir idi.

Onun “Niyə faşist sənətçilər fəal olub” sualı iştirakçılarda böyük maraq doğurub və bu ətrafda suallara cavab alınmağa çalışılıb. Buna görə də bu dəfə də iştirakçılar say baxımından üstünlük təşkil ediblər. Konfrans vaxtında baş tutdu. Canlı bağlantıda Azərbaycan Demokrat Firqəsinin sədri Rəhim Hüseynzadə, ADF MK-nın üzvü Pərviz Kazımi, həmçinin Səriyyə Ərdəbili, ABŞ-ın kömitə məsulu Rəhim Şahbazi və daha 500 nəfərdən  çox iştirakçı tədbirə xüsusi rəng əlavə edib.

Otaq Azərbaycan Milli Hökumətinin himni ilə başlayıb. Sonra məruzəçi, Azərbaycan Demokrat Firqəsinin Beynəlxalq Əlaqələr məsulu Abdulla Əmir Haşımi Cavanşir mövzu haqqında ətraflı çıxış edib. O, tezistlərini ifadə edib və müəyyən faktları ortaya qoyub. Dünyada gedən hadisələri qısaca nəzərdən keçirtdi. Bu hadisələrin təsirinin İranda necə olduğunu arqumentləşdirib.

Çıxışda qeyd olunub ki, 24 fevral 2022-ci il Rusiyanın Ukraynaya hücumu, xalqları Üçüncü Dünya Müharibəsinin astanasına gətirib çıxarmış, ərzaq, enerji qıtlığı ilə üzləşdirmişdir. Qərb ölkələri tərəfindən Rusiyaya qarşı sanksiyalar, onların enerji qaynaqları axtarmaq üçün, üzünü İrana tərəfə tutub. Amerikanın da diqqəti, İranda enerji axtarmaqda müşahidə edilir.

Çıxışda qeyd olunub ki, böyük dövlətlərin, dünyanı yenidən bölüşdürmək planı həyata keçirirlir. Pəhləvi rejimi 1979-cu il inqilabının nəticəsində devrilsə də, bu günki Qərb ölkələrinin keçmiş dostu kimi gündəmə düşür. Rza Pəhləvinin son vaxtlarda bir neçə mühasibə verməsi və özünü İranın şahı kimi aparması ziyalıları belə bir qənaətə gətirib çıxarır ki, İran İslam Respublikasının məsullarının ölkəni ləyaqətsiz idarə etməsi, müdiriyyət böhranı infilyasiyanın günü-gündən artmasından, ərzaq qıtlığından, işsizlikdən, min bir məişət problemlərindən, faşist səltənətçilərin İranda yaranan haqlı xalqların etiraz dalğalarından sui-istifadəsini göstərir. Yaranmış şərait hakimiyyətə gəlməyə can atmağı stimulaşdırır.

Abdulla Əmir Haşımi Cavanşir çıxışının ardından faktlarla, Pəhləvi səltənətçilərinin bu səylərini nəticəsiz hesab edərək, onların keçmişinə nəzər salıb, sülalərinin İranda nə kimi cinayətlər törətdiklərini otaq iştirakçılarının diqqətinə çatdırıb. O, dedi: Pəhləvi rejiminini qeyri-qanuni çevriliş vasitəsilə təsis edən Rza şah, sadəcə bir Hitlerin azarkeşi olmuş, İranda faşist ideologiyasını yayan və İkinci Dünya Müharibəsi başlandıqda, İngiltərə, Sovetlər və Amerika tərəfindən səltənətdən uzaqlaşdırılan, Cənubi Afrikaya sürgünə göndərilən bir şəxs idi.

Çıxışçı dedi ki, Rza şah ancaq xalqların mal-mülkünü qarət edən bir şəxsdir. Belə ki, ölkənin 36 faiz nağd pulu onun bank hesablarında yerləşmişdi. Rza şah 44 min əkin yerini zorla kəndlilərdən alıb öz adına mülkiyyət vərəqəsi çıxartmışdı. Onun Təbrizdə 10 milyon ingilis lirəsi xarıcı banklarda mövcud idi. Rza şah həddindən artıq qəddar və qaniçən bir adam idi. Belə ki, lorlara qarşı etdiyi cinayətlər, onun həyatının qara ləkələrindən biridir. Rza şahın əsgərləri hətta uşaqlara qarşı güllə atmaqdan belə çəkinmirdi. Ərəblərə qarşı və digər xalqların dil, mədəniyyət və etnik mənsublarına qadağa qoymaqda, Rza şah Hitlerin əlini daldan bağlamışdı. Rza şahdan sonra oğlu Məhəmməd Rza şah isə Azərbaycan Milli Hökumətini qan dəryasında boğaraq, 50 mindən çox azərbaycanlını qətliam etmiş, 100 mindən çoxunu həbsə, 1 milyondan artığını sürgünə məruz qoymuşdu.

Ölkədə bütün qəzetləri, partiyaları bağlatdırmış, ancaq ona mənsub olan birinə fəaliyyət icazəsi vermişdi. Belə bir diktatorların oğlu və nəvəsi bu gün hakimiyyəti əla almaq eşqinə düşmüş, yenidən İranda yaşayan xalqlara divan tutmaq məqsədilə hakimiyyətə gəlmək istəyir. Təbii ki, xalqların tarixi yaddaşları, onların etdikləri zülmü, ədalətsizliyi, ayrıseçkilyi, asimmillasiya və diktatorluğu yaddan çıxartmamış və Pəhləviləri bir daha hakimiyyətə gəlməyə imkan verməyəcəklər.

Bu gün Azərbaycan Demokrat Firqəsi mübarizənin önündə gedərək, İranda yaşayan millətlərlə bərabər Azərbaycan Milli Hökumətini qurmaq və İranda konfedrasiyon üsulu ilə xalqların iqtisadi, siyasi, mədəni böhranları həll etmək əzmindədir.

Konfransın gedişatında otaqda milli fəallar doktor Süleymani, Əkbər Azad, Qadir Süleymani, doktor Tahir, doktor Ənzabi, Səriyyə xanım, İşıq Sönməz və bir çox alimlər qeydlər edərək suallar ortaya qoymuşlar.

Beş saat çəkən konfrans, Azərbaycan Respublikasının Dövlət Himni ilə başa çatdı.

Raportu hazırladı: Beyrək

Şərhlər bağlıdır.