İRAQ İRANIN SU SİYASƏTİNƏ GÖRƏ TEHRANA NOTA VERİB

Bu barədə İraqın su ehtiyatları naziri Mehdi Raşid bildirib.

Nazirin sözlərinə görə, İranın Dəclə çayına axan və elektrik enerjisi istehsalı, həmçinin suvarma baxımından İraq üçün mühüm əhəmiyyət kəsb edən Kiçik Zab çayı üzərində bəndlər tikməsi ölkənin su təhlükəsizliyinə təhdid yaradır:

“İran ərazisindən başlayan Kiçik Zab və onun qollarının su ehtiyatlarından qeyri-məhdud şəkildə istifadə Dəclə çayının İraqa axınını azaldır. Beləliklə, Tehranın qonşularının maraqlarını nəzərə almadan həyata keçirdiyi su siyasəti onlar arasında gərginliyin artmasına səbəb olur”.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.