YEVLAX MƏKTƏBİNDƏ OLAY

ŞAGİRDLƏRƏ XAMNEYİYƏ HƏSR OLUNMUŞ MAHNI OXUTDURDULAR 

Azərbaycan məktəblərinin birində şagirdlərə İranın ali dini lideri Xameneyiyə həsr olunmuş mahnı ifa etdirilib. Analoq.az xəbər verir ki, bu barədə videonu “Turan Tim” “Telegram” kanalı yayıb.

İlkin məlumata görə, video Yevlax rayonundakı məktəblərin birində çəkilib.

Videodan görünür ki, müəllim şagirdlərə Xameneyiyə həsr olunmuş “Salam fərmandeh” mahnsını ifa etdirir. Videoda müəllimin hicablı olması və Azərbaycan bayrağının yanlış asılması da diqqəti çəkib.

Sosial şəbəkə istifadəçiləri müəllimin öz dini görüşlərini şagirdlər arasında təbliğ etməsinin yanlış olduğunu bildirib və buna etiraz ediblər.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.