İSRAİLLI SƏFİRİN TVİTERDƏ PAYLAŞIMI

O, "TƏBRİZİN SEHRLİ NAĞILLARI" KİTABINDAN YAZIB

İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycanın tarixi şəhəri Təbrizin tarixi, incəsənətindən bəhs edən “Təbrizin sehrli nağılları” kitabı ilə bağlı paylaşım edib.

Diplomat tviterdə yazıb:

-Bu yaxınlarda mənə ərməğan edilən bu möhtəşəm kitabda Təbrizdə Azərbaycan tarixi və mədəniyyəti haqqında çox şey öyrənirəm. Bu günlərdə nə oxuyursunuz?

Qeyd edək ki, “Təbrizin sehrli nağılları” dünya incəsənəti tarixində özünəməxsus yer tutan, Orta və Yaxın Şərq xalqları incəsənətinin maraqlı və zəngin bir hissəsi olan Azərbaycan miniatür sənətindən bəhs edir.

Şərhlər bağlıdır.