Kentukki ştatından olan ABŞ senatoru Rend Pol postsovet məkanı ölkələrini NATO-ya qəbul etməyi dayandırmağa çağırıb.
Xarici mətbuat yazır ki, bu barədə konqresmen Amerikanın Mühafizəkarlar jurnalı üçün yazdığı məqalədə qeyd edib.
“Artıq emosional və siyasi mənfəət naminə boş danışmağa ehtiyac yoxdur. Biz NATO-nun genişlənməsini müzakirə edərkən aydın şəkildə bildirməliyik ki, Sovet İttifaqının tərkibində olmuş ölkələr alyansa qəbul edilməyəcək”,- deyən Pol onu da əlavə edib ki, Rusiya Finlandiyada müəyyən silah sistemlərinin yerləşdirilməsinə qarşılıq verəcək.
“Qərb kəşfiyyat orqanları 2014-cü ildə Rusiyanın dəstəklədiyi Ukrayna liderini devirmək üçün ukraynalı Maydan etirazçıları ilə əməkdaşlıq etdiyi zaman, Putin Krımı ələ keçirməklə reaksiya verdi. Bayden administrasiyası Ukraynanın ötən ilin payızında NATO-ya üzv olmaq dəvətini təkrarlayan saziş imzalayanda Putin Ukraynaya kütləvi işğalla cavab verdi. Əlbəttə ki, heç bir şey işğala haqq qazandırmır, lakin bunu proqnozlaşdırmaq mümkünsüz deyil. Bəli, tarix Putinin işğal qərarını tamamilə uğursuzluq kimi qiymətləndirəcək. O, Avropanı birləşdirdi, qitənin Rusiya neft və qazından müstəqil olmaq əzmini artırdı və nəticədə İsveç və Finlandiyanı neytrallıqdan imtina etməyə və NATO-ya üzv olmağa təşviq etdi”,- deyə Pol qeyd edir.
Senator hesab edir ki, Putinin Ukraynaya müdaxiləsi İsveç və Finlandiyada NATO-ya üzvlüklə bağlı ictimai rəyi tamamilə dəyişdi. İsveçin 100 ildən artıq davam edən neytrallıq siyasəti tez bir zamanda ləğv edildi.
Onun sözlərinə görə, İsveç və Finlandiyanın NATO-da olması münaqişəyə gətirib çıxarmazsa, o, NATO-nun müharibədən çəkindirici olması arqumentini dəstəkləyəcək. “Putinin Ukraynaya hücumundan sonra dünya dəyişdi. İsveç və Finlandiyanın NATO-ya qəbul edilməsinin Rusiyanı təhrik edə biləcəyinə dair arqumentlər indi daha az güclüdür, çünki Putinin müharibəsi göstərir ki, o, Ukraynanın NATO-ya faktiki qəbul olunmadığı hərəkətlərlə təhrik edilə bilər.
Bununla belə, diplomatlar Ukrayna müharibəsinin necə bitəcəyini təsəvvür etməyə çalışmalıdırlar. Mümkün bir son, Zelenskinin dediyi kimi, nə Qərbə, nə də Şərqə hərbi cəhətdən uyğun olmayan neytral Ukrayna ola bilər. Sülh üçün mümkün sövdələşmələrdən biri İsveç və Finlandiyanın da neytral qalaraq NATO-dan kənarda qalması ola bilər. Bunun baş verəcəyinə şübhə edirəm. Düşünürəm ki, artıq gecdir”,- deyə o əlavə edib.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.