İRAN PREZİDENTİNİN KOMİK ÇIXIŞLARI

Sosial mediada İranın hazırkı prezidenti İbrahim Rəisinin hakimiyyətə gəldikdən sonra etdiyi çıxışlardan bir hissəsinə dair video yayılıb.

Videoda Rəisinin müxtəlif yer və vaxtlarda etdiyi çıxışlar zamanı təcrübəsizlik və savadsızlığı ucbatından buraxdığı söz, cümlə və ifadə səhvlərinə yer verilib.

O, bu çıxışlarından birində 2013-cü ildə Suriyada öldürülmüş şeyx Butinin soyadını şeyx Tuti qeyd etmişdi. Tuti sözü isə fars dilində tutuquşu deməkdir.

Rəisi digər çıxışlarından birində Fars əyalətinin 36 şəhərinin olması ilə bağlı açıqlama verərkən “si o şeş” (36) sözünü tələffüz etməkdə böyük çətinlik çəkib.

Bununla yanaşı, çıxışlarından birində “propaqanda” sözünü tələffüz edə bilməyən İran prezidenti, “porpoqani” deyərək sözünə davam edib.

VİDEO: https://fb.watch/eURh6QeOfo/

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.