Kütləvi informasiya vasitələrinin verdiyi xəbərlərə görə,İranı çənginə alan kəskin inflyasiya insanların qidalanma keyfiyyət və kəmiyyətinin olduqca aşağı düşməsinə səbəb olub.
Belə bir şəraitdə Tehran Meyvə-Tərəvəz Satıcıları Birliyinin sədri Əsədullah Kargər bildirib ki, ailələrdə meyvə istehlakının azalması bu məhsulların qiymətinin də bahalaşmasına gətirib çıxarıb.
Ümumiyyətlə, İranda qiymət artımı şoku bütün iqtisadiyyat sahələrini və bazarlardakı digər malları əhatə etdiyi zaman meyvələrin də qiymətinin bahalaşması qaçılmaz olur. Bu halda digər məhsulların qiymətinin artması meyvələrin də qiymətinin bahalaşması ilə nıticələnir.
Əsədullah Kargər onu da qeyd edib ki, İran ailələrində meyvə istehlakının azalması məsələsi diqqətdən kənarda qalmamalı və süfrələrdən meyvələrin çıxarılmasına yol verilməməlidir.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.