RƏFSƏNCANDA ÖLÜMLƏ NƏTİCƏLƏNƏN MÜNAQİŞƏ

10 NƏFƏR ÖLDÜRÜLÜB

Yerli orqanların “şəxsi” adlandırdığı münaqişə zamanı Rəfsəncanın Behrmanında altı Əfqanıstan vətəndaşı və dörd İran vətəndaşı olmaqla 10 nəfər öldürülüb.

İran mediası hücum edən şəxsin Əfqanıstan vətəndaşı olduğunu və onun münaqişə zamanı narkotik vasitələrdən istifadə etdiyinə görə psixi cəhətdən qeyri-sabit olduğunu yazıb.

Bu hadisənin təfərrüatlarına gəlincə, Kirman valisinin müavini Rəhman Cəlali bildirib ki, qarşıdurma avqustun 7-də bazar günü axşam Rəfsəncan əyalətinin Əhmədabad Şur şəhərində kənd təsərrüfatı mühərriki quyusu ətrafında baş verib və bu zaman “iqaməti olmayan Əfqanıstan vətəndaşı” bir neçə nəfərlə “əmlak və şəxsi mübahisə” zəminində öncə iki mühərrik işçisini, daha sonra kənd təsərrüfatı sahəsində olan bir neçə İran vətəndaşını bıçaqla qətlə yetirib, başqa Əfqanıstan vətəndaşları isə hadisə yerinə daxil olduqda, o, onlara da hücum edib.

Hücum edən şəxsin özünü məmurların əhatəsində görərək intihar etdiyi və həbs olunduqdan sonra xəstəxanaya aparıldığı bildirilir.

Rəfsəncan fərmandarı Hüseyn Rizayi də qatilin iranlılarla heç bir mübahisəsinin olmadığını və əfqan qurbanların hücum edənin qohumlarından olduğunu və onun 4 iranlını öldürməsinin səbəbinin məlum olmadığını bildirib.\Kirman əyalətinin Təhlükəsizlik Şurası da qətllərdən sonra iclas keçirdiyini açıqlayıb.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.