AZƏRBAYCAN, SƏNİN BAŞIN SAĞ OLSUN!

HÜSEYN DÜZGÜN HAMIMIZ ÜÇÜN ƏZİZ İDİ

Dostlar, yarım əsrdən artıq yaxından tanıdığım Azərbaycançılığa, Ədəbiyyatımiza və milli azadlıq qurtuluşumuza təmənnasız  xidmətlərilə məşhur olan ustad  Hüseyn Mohəmmədzadə Sədiq Düzgün dünyasını dəyişdi.Bunula Azərbaycanımız öz dili və mədəniyətinin keşiyində dayanan bir mübariz alimini itirdi!

Bu gün onun Təbrizdə dəfn mərasimi keçirilib. Qədirşünas xalqımız dərin hüznlə sədaqətli öğlunun böyük izdihamla torpağa tapşırıb. Ruhu şad xatirəsi həmişə əziz olsun!

Beyrək

Şərhlər bağlıdır.