Cənubi Azərbaycanın bir çox şair və alimi milli kimlikdən məhrum idi və belələri, xüsusən din sahəsində çalışan alimlər arasında, indi də var.
14 avqust 2022-ci il tarixində vəfat etmiş bir alim haqqında neçə gündür eyni yazı eyni saytda saxlanır. İlk günlər mən nədənsə həmin şəxs haqqında yazını oxumadım. Avqustun 23-də (2022) fikirləşdim ki, azərbaycanlı ola bilər, ona görə oxudum. Yazının əvvəlində onu ümumi şəkildə təqdim edərkən “Aşura təhriflərini aradan qaldıran tədqiqatçı” adlandırırlar.
Həmin şəxs 1942-ci ildə Cənubi Azərbaycanın Mişkin şəhərində anadan olan H\i Mehdi Pişvaidir.
İstər sayt, istərsə də onu tanıyanlar, həmkarları və tələbələri Mehdi Pişvaini həm bir insan, həm də bir tarixçi alim kimi son dərəcə yüksək qiymətləndirirlər.
Ancaq İslam dini, Şiəlik haqqında yazan müəllifin 10-dan çox kitabı və 200-dən çox elmi məqaləsi çap ounub.
Günaha girməmək üçün Cənubi azərbaycanlılardan soruşmaq istərdim ki, onun mənsub olduğu xalqın siyasi-mədəni və mənəvi durumu haqqında, heç olmasa, şifahi şəkildə, bir münasibəti,baxışı barədə məlumatı olan varmı. Yoxsa bu böyük alim də kimliksiz alimlər sırasında yer alır. Allah rəhmət eləsin.
Şərhlər bağlıdır.