İRAN VƏ ERMƏNİSTANIN ƏMƏKDAŞLIQ MEMORANDUMU

Ölkənin informasiya agentliklərinin yaydığı məlumata görə, İranın standartlaşdırma təşkilatının sədri Mehdi İslam Pənah Beynəlxalq Standartlaşdırma Təşkilatının (İSO) son iclası çərçivəsində Ermənistanın standartlaşdırma təşkilatının rəhbəri Babayanla görüşündə iki ölkənin qonşuluq və tarixi bağlılıqlarını nəzərə alaraq ikitrəfli əlaqələri genişləndirmək, Ermənistana texnoloji yardım və halal sertifikatının verilməsi üçün ikitərəfli memorandumun imzalanmalı olduğunu bildirib.

Erməni həmkarı da standartlaşdırma üzrə İranın milli texnoloji elminin Ermənistana ötürülməsini müsbət qarşıladığına toxunaraq, iranlı həmkarını Ermənistan standartlaşdırma təşkilatının laboratoriyaları və təşkliatın digər imkanları ilə tanış olmaq üçün ölkəsinə dəvət edib.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.