İRAN KİNEMATOQRAFÇILARININ DÜNYA ÖLKƏLƏRİNDƏKİ HƏMKARLARINA MÜRACİƏTİ

İran kinematoqrafçıları dünya ölkələrindəki həmkarlarına açıq məktub yazaraq, İran xalqının hüquqlarının müdafiəsində onlara dəstək olmalarını xahiş ediblər. Məktubda qeyd olunur ki, “igid iranlılar artıq bir həftədir ki, despotik qüvvələrin davamlı və qəddar hücumları ilə üzləşərkən “qadın, həyat, azadlıq” şüarları ilə ölkənin hər yerində küçələrə çıxırlar”.

Həmçinin, məktubda bildirilir ki, hökumət “xalqın səsini boğmaq” məqsədilə internetə çıxışı məhdudlaşdırıb.

“Biz dünyanın hər bir kinorejissoruna müraciət edirik. Sizin İran xalqı ilə həmrəyliyiniz bütün dünyada müharibəni qızışdıranlara bir siqnaldır”, – məktubda deyilir.

Məktubu iranlı rəssam Şirin Neşat, aktrisalar Zara Əmir Ebrahimi və Peqa Axanqarani, rejissor Bəhmən Qobadi, Abdolreza Kahani və başqaları imzalayıblar.

Artıq Avropa Kino Akademiyası iranlı kino xadimlərinin müraciətinə cavab verib, etirazçılara tam dəstəyini ifadə edib.

Azerbaycan-ruznamesi.com

Şərhlər bağlıdır.