VİDADİ MUSTAFAYEV:

FARSLAR ERMƏNİ SAXTAKARLIĞINI İFŞA ETDİLƏR

II Yəzdegərd

İran mətbuatında N.Pelosinin İrəvanda qarşısında durduğu rəsm əsərində əks olunan   Ermənistan-İran Avarayr  döyüşü haqqında qısa məlumat verilmişdir. Məlumatda deyilir ki,

Avarayr döyüşü (2 iyun 451) İranla Ermənistan arasında olmayıb. Döyüşdə  bir tərəfdə Sasani hökmdarı II Yəzdegərd (438/439-457) ordusu  və ona  sadiq erməni əsgərləri,  digər tərəfdə isə II Yəzdgerdə  qarşı üsyan qaldıran ermənilər dururdu. II Yəzdegerd ermənilərin xristianlaşdırılması ilə razılaşmayıb onlara Zərdüşt  dininə qayıtmağı əmr etdi. Əslində Avarayr iki ölkə arasında döyüş  deyildi,  daxili münaqişə hesab olunurdu. Qeyd edək ki, Ermənistan xristian dininin  rəsmən  tanındığı  ilk qurum kimi tanınır. Ermənistanın Parfiya sülaləsindən olan hökmdarı  III Trdat İranda Parfiya sülaləsinin fars Sasani sülaləsi tərəfindən devrilməsinə (224) cavab oaraq 301-ci ildə Ermənistanda   xristianlığı   rəsmi din elan etdi. III Tirdad  parfiya əsilli  hökmdar idi.

Şərhlər bağlıdır.