Salam, dostlar! Bu bir çağırış plakatıdır. Əski əlifbada Azərbaycan dilində yazılıb. Çağırışdakı hər bir cümlə latın qrafikası ilə ayrı-ayrılıqda aşağıda eynilə verilmişdir:
– Qalx ayağa Azərbaycan,
– Ya azad ol, ya tamam…
– Milli şüarlar, milli bayraq
-Azərbaycan üçün, topraq üçün, millət üçün hamımız meydanlarda haqqımızı almağa gəlirik
– Urmu gölü can verir, Məclis qətlinə fərman verir
– Azadlıq, Ədalət, Milli Hökumət
– Azərbaycan qızları, göylərin ulduzları
– Azərbaycan öz yolunu tapıbdı, vilayəti, səltənəti atıbdı
Görüşümüz AZƏRBAYCAN şəhərlərində pəncşənbə (cümə axşamı – S.B.) saat 7
P.S. Bu çağırışda bütün Cənubi Azərbaycan şəhərlərinin əhalisi bu gün (29.09.2022) üçün mitinqlərə, etiraz çıxışlarına dəvət ediliblər.
Şərhlər bağlıdır.