İRANLA RUSİYA ARASINDA 40 MİLYARDLIQ SAZİŞ

NEFT VƏ QAZ YATAQLARI İŞLƏNƏCƏK

Azerbaycan-ruznamesi.org ISNA-ya istinadən xəbər verir ki, bu barədə İranın neft naziri Cavad Ouci bildirib.

“Biz Rusiya ilə yataqların işlənməsi üçün 4 milyard dollar dəyərində anlaşma memorandumu, həmçinin qaz kəmərlərinin və mayeləşdirilmiş təbii qazın (LNG) istehsalı üçün qurğuların tikintisinə dair 40 milyard dollar məbləğində saziş imzalamışıq”, – nazir deyib.

Bundan əvvəl neft nazirinin müavini Əhməd Əsədzadə qeyd edib ki, Rusiya İran ərazisində yerləşən altı neft və iki qaz yatağının işlənməsinə başlamaq niyyətindədir.

Şərhlər bağlıdır.