Güney Azərbaycanın Zəncan əyalətinin Hidac şəhərindən olan bacı-qardaş həbs, şallaq və nağd pul cəzasına məhkum edilib.
Məlumatı azerbaycan-ruznamesi.org “Azad İran”-a istinadən yayıb.
Bildirilib ki, Səmanə və Mehdi Dadgəri Tehran rejiminin Əbhər şəhərindəki İnqilab Məhkəməsində “ölkənin təhlükəsizliyinə zidd fəaliyyət göstərmək üçün toplaşmaq və əlbir olmaq” maddələri ilə ittihamı edilərək 5 il şərti həbs cəzasına məhkum olunublar. Cəza Məhkəməsində ikinci iş üzrə keçirilən iclasda isə Səmanə Dadgəri 4 ay həbs əvəzinə 74 şallaq zərbəsi alacaq və 3 milyon tümən məbləğində pul cəriməsi ödəyəcək.
Şərhlər bağlıdır.